Milli.az xəbər verir ki, Bakının mərkəzində, hamının "Torqovı" kimi tanıdığı ərazidə yaşayış binalarının birində eyvan uçub. Hadisə Səbail rayonu Məmmədəmin Rəsulzadə küçəsi 8 ünvanında baş verib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyərək, həmin ünvandakı qəza ilə bağlı məlumat daxil olduğu bildirilib. Qəzanın səbəbləri araşdırılır.