AZ
Video yüklə

Tanınmış aktyorun evi belə yanıb, kül oldu

159 baxış Hadisə və olaylar
Hollivudun ulduz aktyoru, “300 spartalı” filminin qəhrəmanı Cerard Batlerin Amerikadakı villası yanıb.
A24.az xəbər verir ki, Kaliforniya ştatında baş vermiş meşə yanğını zamanı aktyor Batlerin villası yanaraq kül olub.
Qeyd edək ki, “Campfire” adını almış meşə yanğını noyabrın 8-dən etibarən sürətlə yayılmağa başlayıb. Hazırda yanğının sahəsi 40 min hektara yaxınlaşır. Alov 7 min tikilini, əsasən də yaşayış binalarını məhv edib, 250 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Hadisə nəticəsində 25 nəfərin öldüyü bildirilir.
“Campfire” artıq Kaliforniya tarixinə ən dağıdıcı yanğınlardan biri kimi düşüb.
Xatırladaq ki, Cerard Batlerin kinodebütü 1997-ci ildə “Missis Braun” filmində baş tutub. Həmin il Bond filmləri silsiləsindən olan “Sabah heç zaman ölməyəcək” filmində epizodik rola çəkilib. Hunların tarixindən bəhs edən “Atilla” filmindəki obrazı aktyora məşhurluq gətirib. Bu rolda Batler ilk dəfə olaraq döyüşçü aktyor kimi özünü göstərib. “Atilla”nın uğurundan sonra Batler böyük layihələrə dəvət alıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.