AZ
Video yüklə

“Taliban” Pəncşiri mühasirəyə alıb

18 baxış Hadisə və olaylar
Əfqanıstanda siyasi hakimiyyəti ələ keçirən “Taliban” silahlıları Pəncşir vilayətində müqavimət qüvvələrini mühasirəyə götürüb.

Bu barədə “Taliban”ın sözçüsü Zabihullah Mücahid öz “Twitter” səhifəsində məlumat yayıb.

O qeyd edib ki, “Taliban” məsələni sülh yolu ilə nizamlanmağa çalışır.

Xatırladaq ki, ötən gün “Taliban” Pəncşir dərəsinə nəzarət edən əfsanəvi səhra komandiri Əhməd şah Məsudun oğluna ultimatum verərək vilayətin təslim edilməsi üçün dörd saat vaxt vermişdi.

Lakin Əhməd Məsud bu ultimatumu rədd etmişdi.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.