Sükan arxasında infarkt keçirən sürücü qəza törətdi
393 baxış
Hadisə və olaylar
Şəmkirdə sükan arxasında infarkt keçirən sürücü maşını ağaca çırpıb. APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, rayon sakini, 1938-ci il təvəllüdlü Fərman Hüseynov özünə məxsus “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında infarkt keçirib. Bu səbəbdən o, idarəetməni itirərək maşını ağaca çırpıb. Sürücünün ürək tutmadan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.