Həbsxanada intihar etdi

  • 10.04.2024
  • 0

Türkiyədə baş  vermiş  qətlin  tükürpədici detalları üzə çıxıb.

 

Oxu24.com Türkiyə mediasına  istinadən  xəbər  verir  ki,Mersində ana  və oğlunun evdə, atanın isə avtomobildə yanmış vəziyyətdə  meyiti  tapılıb.

 

Ana Nurgülün və oğlu Emrullah Kayanın  qismən yanaraq öldüyü müəyyən edilib.

Ata Neşet Kayanın tamamilə yanmış cəsədi evdən 4 kilometr aralıda avtomobildə tapılıb.


Hadisənin eyni məhəllədən olan H.E. adlı şəxs tərəfindən  törədildiyi   müəyyən edilib.

 

 

Həbs edildikdən sonra Mersin E Tipi Qapalı Həbsxanasına göndərilən qətl şübhəlisi H.E.-nin dünən gecə qaldığı təkadamlıq kamerada intihar edib.

 

H.E-nin alt köynəyini və maykasını cıraraq özünü asdığı ​​müəyyən edilib.

 

 Qətl şübhəlisinə cənazəsinin hadisə baş verən kənd sakinləri tərəfindən qəbul edilməyəcəyi bildirildikdən sonra o, Mersinin mərkəzindəki Çiftlik kənd qəbiristanlığında dəfn edilib.

Nə düşünürsən?