Siqaret almaq bəhanəsi ilə nəzir qutusunu oğurladı
50 baxış
Hadisə və olaylar
Türkiyədə qəribə oğurluq hadisəsi baş verib. BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, Bursada siqaret almaq bəhanəsi ilə marketə girən kişi oradakı nəzir qutusunu oğurlayıb. Maraqlısı ondadır ki, nəzir qutusunu oğurlayan kişi marketə girən uşaqlara pul verib. Bir müddət sonra nəzir qutusunun yerində olmadığını görən market sahibi Yafəs Çiftçi təhlüksizlik kamerasına baxıb. Yafəs Çiftçi mətbuata açıqlamasında bildirib ki, bir kişi siqaret almaq bəhanəsi ilə marektə girib: "Satıcı arxasını dönən kimi nəzir qutusunu götürüb və heç nə olmamış kimi marketdən çıxıb. Bizə maraqlı olan kişinin marektə girən iki uşağa cibindən çıxarıb pul verməsidir".
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.