AZ
Video yüklə

Səməd Səmədov vəfat etdi

4 717 baxış Hadisə və olaylar
Xalq artisti Səməd Səmədov vəfat edib.

Oxu24.com-un məlumata görə, xalq artisti bu gün vəfat edib.

Bu haqda stilist Samir Əliyev məlumat verib.

Müğənninin duet ortağı Sevda Əliqızı AZXEBER.COM-a açıqlamasında deyib: "Mənə də indi dedilər. Heç nə bilmirəm".

Yaxınlarının verdiyi məlumata görə, 74 yaşlı ifaçı müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.