AZ
Video yüklə

Sarayda ağır qəzada ölən var

928 baxış Hadisə və olaylar
Abşeronun Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, Bakı-Saray yolunda yol qəzası zamanı sürücü ölüb sərnişin isə ağır xəsarət alıb.

Belə ki, "Lada Priora" markalı avtomobil ilə "Saipa" markalı nəqliyyat vasitəsi toqquşub. "Saipa"nın hələlik ad soyadı bilinməyən sürücüsü hadisə yerində ölüb.

38 yaşlı sərnişin Elşad Cavadov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.