AZ
Video yüklə

Sahibkar icra məmurunu hədələdi: Hadisə yerindən görüntü

236 baxış Hadisə və olaylar
Ədliyyə Nazirliyi ilə İctimai Televiziya ilə əməkdaşlıqda "Qanundan kənar" verilişində yayımlanan "İcra məmuru" rubrikasında məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə məşğul olan icra məmurlarının işindən bəhs olunub. Oxu24.com xəbər verir ki, verilişdə qanunsuz olaraq tikinti aparan sahibkar Cavid Tağıyevə məxsus obyektinin sökülməsi əks olunub. Bu zaman borclu şəxs qarşı tərəfi və vəzifəli şəxslərə hədə-qorxu gəlib. Verilişdə həmçinin əhalinin hüquqi maarifləndirilməsinə də yer ayrılıb.
Qətnaməni icra etməkdən imtina edən borclu icra prosesi zamanı özünə xəsarət yetirərsə icra məmuru məsuliyyət daşıyırmı?
Sualla bağlı açıqlama verən İcra Baş İdarəsinin aparıcı məsləhətçisi Rüstəm Rəhimov bildirib ki, bu kimi hallara az da olsa təsadüf olunur. Rüstəm Rəhimovun sözlərinə görə, onlar bu kimi halların baş verəcəyini əvvəlcədən ehtimal etdiklərindən əraziyə polis əməkdaşları cəlb olunur. Aparıcı məsləhətçinin sözlərinə görə, icra prosesi zamanı borclu şəxs özünə xəsarət yetirərsə bu zaman icra məmuru məsuliyyət daşımır və icra prosesi dayandırılmır.

Mövzu ilə bağlı ətraflı videonu təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.