Eldar Əzizovun Bakıda hər tində tikilən obyektlərdən xəbəri varmı? Və yaxud, Sabunçu rayon mərkəzi bazar önündəki ünvanda düz magistral yol və kommunikasiya xətləri üzərində tikilən obyekt kimindir?
Sabunçu icrası Adil Vəliyev bu tikintilərə necə" razılıq" verir?
Artıq Eldar Əzizovun Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmasının üç ili tamam oldu. Son iyirmi ildir icra başçısı kreslolarından düşməyən,müxtəlif şəhər və rayonlara rəhbərlik etmiş Eldar Əzizovun Bakı şəhərində sözügedən vəzifənin başına gətirilməsi heç də təsadüf deyildi. Yəni Eldar Əzizov uzuzn müddət idi ki, buraya can atırdı. İstəyinə çatdıqdan sonra Eldar Əzizov nə etdi?
İlk olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan idarələrin sayını artırdı. Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarət edən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətini yaratdı və paytaxtın abadlaşdırılmasına başladı. Sanki sələfi Hacıbala Abutalıbovun rəhbərliyi dönəmində Bakıdı heç bir abadlaşma işləri aparılmamışdı. Əslində isə bu Eldar Əzizov tərəfindən vəsaitlərin bir ələ cəmləşdirilməsindən başqa bir şey deyil.
Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunandan az sonra tabeçiliyində olan idarələrdə kadr dəyişiklikləri də apardı. Onlardan biri də Eldar Əzizovun ikinci gəlir mənbəyi kimi nəzərdə tutduğu ticarət və iaşə sahəsi idi.
Buraya hələ BŞİH başçısının səlahiyyətlərini icra edərkən, 2018-ci il oktyabrın 22-də Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru vəzifəsinə gətirdiyi İntiqam Məmmədovdur ki, əvvəllər Miqrasiya Xidməti idarələrində çalışmışdır. Məlum olduğu kimi İntiqam Yoxsa elə hər şey Hacıbala Abutalıbovun dövründə olduğu kimidir.
Hacıbala Abutalıbovun dövrü demişkən. Onun dövründə sakinlər paytaxt ərazisində fərdi yaşayış evlərinin, ticarət və iaşə obyektlərinin tikintisinə razılıq almağın baha olduğundan narazılıq edirdilər. Bəs bu sahədə Eldar Əzizovun başçılıq etdiyi Bakıda hazırda vəziyyət necədir?
Hazırda paytaxt ərazisində fərdi yaşayış evlərinin, ticarət və iaşə obyektlərinin tikintisinə razılıq almaq pulsuz deyil, hətta Hacıbala Abutalıbovun dövründə olan qiymətlərdən qat-qat bahadır. Kiçik, 10-15 kvadratmetrlik bir yerə nə az, nə də çox, 30-40 min manat. Bunu biz özümüzdən çıxarmırıq.
Yazıya əlavə etdiyimiz şəkildə yeni tikilən obyekt isə Zəfəran restoranı adı altında Sabunçu rayon Dəmiryol vağzalı və Bazar önündəki ünvanında yerləşir. Obyekt kommunikasiya xəttlərinin üstündə və ən əsası piyadalar üçün nəzərdə tutulan yol səki üzərində tikilib, səkidə. təsəvvür edin Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinin nə qədər belə İndi bilinmir,gəlirləri özünə çatır ya da başqa şəxsə. Görəsən sıradan bir şəxs Bakı ərazisində belə tikinti işləri apara bilərmi? Həm də az qala yolun ortasında.
Göründüyü kimi Eldar Əzizovun məqsədi Bakı şəhərində şəhərsalma planlarına uyğun olaraq iş görmək deyil. Yaratdığı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına milyonlarla dövlət vəsaiti köçürüb güya şəhəri abadlaşdırmaq, Bakı şəhər Ticarət və Xidmət Departamentinin əli ilə hansı tində gəldi kafe və restoran tikintisinə icazə verib paytaxtın ümümi görünüşünə xələl vurmaq.
Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.