AZ
Video yüklə

Rusiyada təhlükəli zavod yanır

163 baxış Hadisə və olaylar
Nijni Novqorodda “Balsam” kimya zavodunun ərazisində güclü yanğın baş verib.


Oxu24.com-un Rusiya mediasına istinadən məlumatına görə, müəssisədə qoşqulu yük maşını yanıb.

Yanğın boya qarajlarına da keçib.

Yanğına ikinci mürəkkəblik dərəcəsi verilib.

Onun sahəsi təxminən 600 kvadratmetrdir.

"Bir nəfər xəsarət alıb", - mənbə bildirib.

Fövqəladə Hallar Nazirliyinin rayon Baş İdarəsindən bildirilib ki, yanğının söndürülməsinə 14 texnika və 51 yanğınsöndürən cəlb olunub.



Tərcümə: Miri Məcidli

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.