Rusiyada supermarketdə güclü partlayış
14 baxış
Hadisə və olaylar
Rusiyanın Vladikavkaz şəhərində bir supermarketdə güclü partlayış baş verib. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, partlayış nəticəsində birmərtəbəli supermarket binası tamamilə dağılıb. Hadisə zamanı binada bir nəzarətçinin olduğu və qaçaraq xəsarət almadığı qeyd olunub. İlkin araşdırmaya görə, partlayışa qaz-hava qarışığının sızması səbəb olub.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.