Rusiyada dəhşət: Qatarlar toqquşdu
3 847 baxış
Hadisə və olaylar
Rusiyanın Sankt-Peterburq şəhərində Malaya Balkanskaya küçəsində yerləşən “Kupçinskaya” yük stansiyası yaxınlığında dəmiryol qəzası baş verib.
Oxu24.com “spbdnevnik.ru”ya istinadən xəbər verir ki, 2 lokomativin və 1 yük qatarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Şəhər Təcili Yardım Stansiyasından bildirilib ki, yaralılardan biri xəstəxanaya yerləşdirilsə də, digəri – qapalı kəllə-beyin travması alan Djanelidze soyadlı stansiya işçisi tibbi yardımdan imtina edib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Regional Baş İdarəsinin məlumatına görə, qatarların toqquşması saat 14:00-da qeydə alınıb.
Bildirilib ki, qəza nəticəsində üç lokomotiv və qoşquda olan boş yük vaqonu, eləcə də dəmiryol xətti sıradan çıxıb.
Hadisə yerinə 20 xilasedici və 5 texnika göndərilib.
“Oktyabrskaya” Dəmir Yolu İdarəsinin mətbuat xidməti hadisənin sərnişin qatarlarının hərəkətinə mənfi təsir göstərməyəcəyini bildirib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.