Rusiya Ukraynada “Kinjal”ları işə saldı – İlk dəfə
11 799 baxış
Hadisə və olaylar
Rusiya ordusu ilk dəfə “Kinjal” hipersəs raketlərindən istifadə edərək Ukrayna silah anbarını vurub. APA TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov məlumat verib. “Martın 18-də “Kinjal” aviasiya-raket sistemi İvano-Frankovsk vilayətinin Delyatin yaşayış məntəqəsindəki Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının olduğu böyük yeraltı anbarını dağıdıb”, - deyə Konaşenkov bildirib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.