Rəşad Dağlı qonşusunu öldürdü
2 667 baxış
Hadisə və olaylar
Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib. APA TV xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib. Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb. R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.