Rəisinin qəzaya düşdüyü yerdən yeni video yayıldı

  • 22.05.2024
  • 0

İran Prezidenti İbrahim Rəisini aparan helikopterin qəzaya düşdüyü yerdən yeni görüntülər yayılıb.

 

Publika.az xəbər verir ki, İranın Teleqram kanallarında paylaşılan görüntülərdən məlum olur ki, helikopterdə olan şəxslərin əksəriyyəti yanıb.

 

Ətrafda bir neçə yanmış meyit var.

 

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

 

Vida mərasimi bu gün Tehranda keçirilir.