AZ
Video yüklə
Regiondan acı xəbər gəldi:Ölənlər var
18+

Bu video 18 yaşdan yuxarı izləyicilər üçündür.

Ana səhifəyə qayıt

18+ Regiondan acı xəbər gəldi:Ölənlər var

546 baxış Hadisə və olaylar
Bərdənin Göbər kəndi ərazisində baş verən yol qəzasında ölənlərin sayı artıb.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, qəza zamanı ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Seymur Cəfərov həkimlərin səylərinə baxmayaraq ölüb.

Bununla da qəzada ölənlərin sayı 2 nəfərə çatıb. Qeyd edək ki, daha əvvəl qəza nəticəsində ağır xəsarət almış Bərdə rayon sakini Elnur Asif oğlu Cəfərov hadisə yerində ölüb.

Hadisə zamanı daha 1 nəfər - Behbud Məmmədov xəsarət alıb. O, Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər B.Məmmədovun vəziyyətinin ağır olduğunu bildirirlər.

Qeyd edək ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil ilə "Nissan" markalı minik maşını toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Bərdənin Göbər kəndi ərazisində baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, qəza zamanı Bərdə rayon sakini Elnur Asif oğlu Cəfərov hadisə yerində ölüb.

Qəza zamanı habelə Behbud Məmmədov və Seymur Cəfərov isə ağır xəsarətləri alıb. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətinin ağır olduğunu bildirirlər.

Qeyd edək ki, “VAZ-2107” markalı avtomobil ilə "Nissan" markalı minik maşını toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.