AZ
Video yüklə

Qulağını eşşək qopardan kişi danışdı

3 937 baxış Hadisə və olaylar
Astara sakininə eşşək hücum edib. Hadisə rayonunun Pəlikeş kəndində baş verib. 41 yaşlı Vəliyulla Əliabbasov yol ilə gedərkən, qonşunun ulağı ona hücum edib. Ulaq Vəliyulla Əliabbasovu yerə yıxıb, qoluna xəsarət yetirib, sonra sol qulağını dişləyib. Xəsarət alan Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, didilmiş qulağı cərrah tərəfindən tikilib. Qeyd edək ki, xəstəyə tetanus əleyhinə zərdab və quduzluğa qarşı peyvənd vurulub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.