AZ
Video yüklə

Qubaya sel gəldi - Şok kadrlar

2 683 baxış Hadisə və olaylar
Güclü yağış nəticəsində Qudyalçay, Qaraçay, Ağçay, Vəlvələçay və Cağacıq çaylarında yaranan sel Quba rayonunda bir sıra fəsadlar törədib.

APA-nnı şimal bürosunun verdiyi məlumata görə, çaylara gələn sel rayonun Buduq, Dalıqaya, Söhüb, Çiçi, Bostankeş, Qalaxudat, Xaltan, Yerfi, Xanəgah və başqa kəndlərində yaşayış evlərinə, fərdi təsərrüfatlara və yol infrastrukturuna ciddi ziyan vurub.

Xanəgah kəndində Cağacıq çayı üzərindəki yeni avtomobil körpüləri selin təsirindən yararsız vəziyyətə düşüb. Bundan başqa, Qaraçay üzərində Birinci və İkinci Nügədi kəndləri arasındakı körpü də qəzalı vəziyyət düşüb. Sel bəzi kəndlərdə iribuynuzlu heyvanları, arı yeşiklərini, ot tayalarını aparıb, bəzi istirahət mərkəzlərinə də ziyan vurub.

Yerli sakinlər sonuncu dəfə belə güclü selin 1967-ci ildə müşahidə edilrdiyini söyləyiblər.

Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri selin ziyan vurduğu ərazilərə baxış keçirib. Fəsadların aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.