AZ
Video yüklə

Qocalar evi yandı:9 nəfər öldü

753 baxış Hadisə və olaylar
İkimərtəbəli özəl qocalar evində baş verən yanğın 9 nəfərin həyatına son qoyub. Hadisə Rusiyanın Kemerovo şəhərində törəyib. APA xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidmətinə istinadən TASS məlumat yayıb. “Kemerovonun Tavriçeskaya küçəsində yerləşən özəl qocalar evində yanğın baş verib. 9 nəfər ölüb”, - deyə mənbə bildirib. Yanğınsöndürənlər hadisə yerinə çatana qədər binanın 180 kvadratmetr sahəsi yanıb. O da bildirilir ki, yanğınla bağlı xəbərin Fövqəladə Hallar Nazirliyinə gec daxil olması tikilidə alovun genişlənməsinə imkan yaradıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.