Qəfildən yer yarıldı, yerə girdilər
883 baxış
Hadisə və olaylar
Çinin Çuntsin şəhərində yolun kənarı ilə gedən iki nəfər qəfildən yarılan asfaltın altına yıxılıblar. BiG.AZ-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, hadisə iyunun 27-də baş verib. Xoşbəxtlikdən, hər iki şəxs sağ qalıb: onlar yerli yanğınsöndürənlər tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıblar. Hadisəyə Çində bir neçə həftə ərzində yağan leysan yağışların səbəb olduğu ehtimal edilir.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.