AZ
Video yüklə

Qatarla avtobus toqquşdu

661 baxış Hadisə və olaylar
Rusiyanın Yaroslavl vilayətinin Pereslavl-Zalesski şəhərində qatarla avtobusun toqquşması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.




Oxu24.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi yayıb.



"İlkin məlumatlara görə, avtobusda olan 8 nəfərin hamısı həlak olub", - idarənin məlumatında deyilir.



Xatırladaq ki, Berendeevo kəndində dəmir yolu keçidində avtobusla qatarın toqquşması baş verib.



Arxangelskdən Moskvaya gedən sürətli qatar Pereslavl - Bektışevo marşrutu ilə hərəkət edən PAZ avtobusunu vurub.



Qəzanın baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir.



Hadisə yerindən videonu təqdim edirik:



Nigar

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.