AZ
Video yüklə

Qarabağdan acı xəbər gəldi: Ölənlər var

14 245 baxış Hadisə və olaylar
Füzulidə ölümlə nəticələnən yol qəzası olub.

Oxu24.com Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, hadisə martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində qeydə alınıb. Novruz Orucovun idarə etdiyi "Mercedes” və İ.Hümbətovun idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Füzuli rayon Polis Şöbəsində araşdırma aparılır.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən "Mercedes”lərdən birini idarə edən şəxs İlqar Hümbətov olub. O, Şuşa rayon yol polisinin rəisidir. Mayor rütbəli Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.