Özü özünü əməliyyat edən azərbaycanlı cərrah
52 baxış
Hadisə və olaylar
2004- 2010-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almış ümumi və plastik estetik cərrahı Mübariz Məmmədlinin əməliyyat masasından görüntüləri yayılıb. Özü özünü əməliyyat edən cərrah lentə aldığı anları özünün instaqram səhifəsində paylaşıb. M.Məmmədli videoda liposaksiya (piy sovurma əməliyyatı) etdiyini bildirib: "Bu gün biz özümüz-özümüzə liposaksiya əməliyyatı edirik". Həkim paylaşımında "Əməliyyatımız bitdi, nigaran qalmayın. Uzun müddət kompleks yaşadığım ginekomastiyadan azad oldum, Svetlana doktora təşəkkür. Əməliyyatın bir hissəsin özüm etdim” şərhini yazıb.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.