Yol qəzaları hələ də can almaqda davam edir. Təkcə 2019-cu ilin ötən 11 ayı ərzində respublikanın avtomobil yollarında piyadaların vurulması ilə bağlı 294 hadisə qeydə alınıb ki, nəticədə 107 nəfər həlak olub, 187 nəfər insan müxtəlif dərəcəli xəsarətlər alıb. Xüsusi ilə sürət həddinin yüksək olduğu magistral yollarda qaydalara məhəl qoymayan piyadaların vurulması halları adi hal alıb. Bu kadrlara diqqətlə baxın. Ana qucağındakı körpəsi ilə təhlükəli yolu keçməyə cəhd edir. Sürətlə irəliləyən sürücülər ona yol vermək məcburiyyətində qalsalar da, arxadan gələn başqa bir avtomobilin sürücüsü, qabaqda nə baş verdiyini görmür və nəticədə faciə baş verir. Burada günahkar kimdir? Məsuliyyətsiz piyada yoxsa ki sürücü?
Əksər xarici ölkələrdə bu tip xoşagəlməz halların qarşısnı almaq üçün, xüsusi maneələr, hətta yaşıllıq zolaqları salınır ki, piyadaların yalnız keçidlərdən keçməkdən başqa şansı qalmasın.
Hazırda müxtəlif yerlərdə xarici təcrübədən istifadə olunsa da, təəssüf ki, bu əksər əraziləri əhatə etmir.
Cavadov adlı sosial şəbəkə istifadəçisi məsuliyyətsiz piayada faktını video qeyd edərək paylaşıb. Görüntülərdən də görünür ki, çox az məsafədə piyada keçidi olsada bundan istifadə etmirlər və öz həyatları ilə yanaşı sürücülərin də həyatına təhlükə yaradırlar. Əziz piayadalar zamana qənaət edərkən həyatımızı itirməyək! Gəlin diqqətli olaq!