Oğru dünyasının yeni KRALI məlum oldu - LOTU QULİYƏ BÖYÜK ZƏRBƏ

  • 28.03.2018
  • 0

Oğru aləminin yeni "kral"ının kimliyinə aydınlıq gəldi. Lent.az-ın Rusiyanın kriminal saytlarına istinadən məlumatına görə, keçmiş SSRİ ərazisində 1 nömrəli qanuni oğru “Şişkan” ləqəbli Oleq Şişkanov elan edilib. Məlumata görə, bu məsələ Ded Xasanın varisi sayılan və hazırda həbsdə yatan Zaxari Kalaşovun da (Şakro Molodoy) “skype”la qatıldığı “sxodka”dan sonra həll edilib. “Sxodka”da o da qərara alınıb ki, keçmiş SSRİ ərazisində “obşak”a Vasili Xristoforov (Vasya Voskres) və Merab Qoqiya (Meliya) nəzarət edəcək. Şişkanın namizədliyi Eduard Asatryan, (Edik Osetrina), Yuri Piçuqin (Piçuqa), Tariel Oniani kimi nüfuzlu qanuni oğrular tərəfindən də dəstəklənib. Maraqlısı odur ki, 1 nömrəli qanuni oğru adına hazırda İstanbulda yaşayan azərbaycanlı Nadir Səlifov (Lotu Quli) da iddia edirdi. Amma son anda qərar Şişkanovun xeyrinə verilib. Məlumata görə, bu məsələdə həlledici rolu Şakro Molodoy oynayıb.

Nə düşünürsən?