60 yaşlı Naftalan rayon sakini elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, bədbəxt hadisə şəhərdə yerləşən avtoyuma məntəqələrindən birində qeydə alınıb. Rayon sakini Elbrus Əliyev avtomobil yuyan zaman cihazda yaranmış elektrik sızması onu vurub. Nəticədə 60 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.