Mingeçevir sakini: "Qorxumuzdan liftə girə bilmirik"
60 baxış
Hadisə və olaylar
Mingəçevirdə dünən axşamdan yağan yağışlar şəhərdəki bir sıra hündürmərtəbəli binanın sakinlərini üçün problemlər yaradıb. Bununla bağlı "Yeniavaz.com" saytına müraciət edən N.Rəfibəyli küçəsi 13/1 ünvanında yaşayan on iki mərtəbəli binanın sakinləri bildiriblər ki, axşamdan yağan yağış onların evlərinə dolub. Sakinlər bildirdilər ki, binanın lifti və elektirik xətləri də tamamilə suyun içindədir.Təhlükəli vəziyyətlə bağlı FHN-nə müraciət olunduğunu deyən sakinlər, bu hadisədən əvvəl də problemlə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət olunduğunu söylədilər. Sakinlər bildirdilər ki, "42 ildir bina təhvil verilib təhvil verilib, bugünə kimi binanın problemləri bitib tükənmir". Mənzil 26-da yaşayan Elmira Hacıyeva, "elektirik sayğacları bizim mərtəbədə yerləşdirilib, hal-hazırda sayğacların içərisi su ilə doludur. Artıq qısaqapanma baş verir. Qorxumuzdan liftə girə bilmirik. Məcburuq 12 ci mərtəbəyə liftsiz qalxaq. Bu birinci dəfə deyil. Hər dəfə yağış yağan kimi bizim evlərimiz suyun içində olur” deyə bildirdi.
Məsələ ilə bağlı Mənzil Təsərrüfatı Abadlaşdırma idarəsinin müdiri Qürbət Məmmədova müraciət etdik. Hadisə yerinə gələn Qürbət Məmmədov bildirdi ki, Mingəçevirdə iki on iki mərtəbəli bina var onların proekti yoxdur: " 22 hündür mərtəbəli (9 mərtəbəli) bina var. Bu binaların proektində dam örtüyü nəzərdə tutulmayıb. Amma biz bu məsələ ilə bu gün yaxından tanış olduq. Havalar açılan kimi binanın üstündə iş aparılacaq” deyə bildirdi. Qürbət Məmmədov bəzən belə hadisələrin günhakarı sakinlər özlərin özlərinin olduğunu dedi. Bildirdi ki, "yuxarı mərtəbədə yaşayan sakinlər binaın damının üstündə yun yuyurlar. Dəfələrlə belə hadisələrin şahidi olmuşuq".

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.