AZ
Video yüklə

16 yaşlı yeniyetmədən TÜKÜRPƏDƏN CİNAYƏT

62 baxış Hadisə və olaylar
ABŞ-da 16 yaşlı yeniyetmə ailə üzvlərini güllələyib.

XəzərXəbər xəbər verir ki, Nyu-Cersi ştatının polis əməkdaşları üç qohumunu, həmçinin ailənin dostunu qətlə yetirən 16 yaşlı yeniyetməni şübhəli şəxs qismində saxlayıblar. O, Yeni il ərəfəsində öz ata-anasını, bacısını və ailənin dostunu tüfəngdən atəş açaraq öldürüb.

Yerli prokurorun sözlərinə görə, adı açıqlanmayan şübhəli şəxsin qardaşı və babası hadisə zamanı evdə olmayıblar.

Yeniyetməyə 48 saat ərzində cinayət məcəlləsinin dörd maddəsi, həmçinin digər maddələr üzrə ittihamlar irəli sürüləcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.