AZ
Video yüklə

Məşhur həkim özünü öldürdü

1 801 baxış Hadisə və olaylar
Bakıda həkim özünü öldürdü Bakıda intihar hadisəsi baş verib. APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Rüstəm Maqsudov Binə qəsəbəsində kirayə yaşadığı mənzildə qol və qarın nahiyəsinə kəsici alətlə xəsarətlər yetirib. Çoxlu qan itirən 33 yaşlı şəxs vəfat edib. Araşdırmalar zamanı məlum olub ki, həyatına son qoyan R.Maqsudov həkim-onkoloqdur. O, Tibb Universitetini bitirdikdən sonra 5 il Milli Onkologiya Mərkəzində rezident kimi fəaliyyət göstərib. Daha sonra R.Maqsudov ixtisaslaşmış xəstəxanada həkim kimi işini davam etdirib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.