AZ
Video yüklə

Məşhur futbolçunun şok videosu yayıldı

319 baxış Hadisə və olaylar
"Ximnasiya və Esqrima" komandasının baş məşqçisi Dieqo Maradona Argentina çempionatının XX turunda "Rosario Sentral" ilə oyun zamanı şübhəli vəziyyətdə görüntülənib.

"Report"un məlumatına görə, görüşün gedişində köməkçisi 60 yaşlı mütəxəssisə naməlum maddə gətirib. Bundan sonra əfsanəvi hücumçunun bütün köməkçiləri onu kameralardan gizlədiblər.

Futbolçu ikən Maradona dəfələrlə narkotik maddə qəbul edib. Karyerasını bitirdikdən sonra da o, zərərli vərdişindən əl çəkməyib.

Qeyd edək ki, oyun "Rosario Sentral"ın qələbəsi ilə yekunlaşıb - 1:0. Hazırda "Ximnasiya və Esqrima" 17 xalla 22-ci yerdə gedir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.