Dünən “Melissa Group”un Nəsib Bəy Yusifbəyli 87 ünvanında inşaa etdiyi ‘Azadlıq’ layihəsində bədbəxt hadisə baş verib. Məlumata görə fəhlə hündür mərtəbədən yıxılaraq aldığı zərbədən dünyasını dəyişib.
Hadisə ilə bağlı rəsmj məlumat yoxdur. Videoda maraqlı məqam qeyd olunub.
Dünyasını dəyişən fəhlənin corabları, 1 ayaqqabısı ayağından çıxarılır, əli, ayağı, başı fərqli istiqamətə qoyulur. Çox güman bu hadisənin tikinti şirkətinin məsuliyyətsizliyindən baş versiyini ört-basdır eləmək üçündür. Qeyd edək ki, bu kimi hadisələr “Melissa Group”da tez-tez baş verir.
Məlumat üçün qeyd edək ki, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasına nəzarət tədbirləri nəticəsində son 2 ildə işçilərin qeyd olunan hallardan icbari sığortası üzrə işəgötürənlərlə bağlanan müqavilələrin sayında, həmçinin həmin icbari sığorta üzrə yığımlarda 53% artım qeydə alınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu da həm işçilərin, həm də işəgötürənlərin qanuni mənafelərinin daha dolğun təminatına xidmət edir. Çünki icbari sığorta müqaviləsi istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirdiyi hallarda işçilərin və ya yaxınlarının sığorta ödənişi ilə təminatına imkan verir.