Məktəblilər qəzaya düşüb
281 baxış
Hadisə və olaylar
Ucarda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında Ucar şəhərinin Heydər Əliyev prospektində baş verib. Ucar rayon sakini Mirsadiq Tağıyevin idarə etdiyi “Saipa” markalı minik maşını ilə Mircəlal Mirmövsümovun idarə etdiyi “VAZ-21010” markalı avtomobil toqquşub. Nəticədə 4 nəfər rayon sakini- sürücü, Mircəlal Mirmövsümov, sərnişinləri- 2006-cı il təvəllüdlü Ülvü Şüküroviç Lətifov, 2005-ci il təvəllüdlü Elton Aydın oğlu Abbasov və 2006-cı il təvəllüdlü Aydın Güləhməd oğlu Məmmədov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Mircəlal Mirmövsümovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.