Məktəbli mikroavtobusu “Kamaz”ın altına girdi
173 baxış
Hadisə və olaylar
Rusiyanın Astraxan əyalətində məktəbli mikroavtobusunun və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, qəza Krasnoyarsk rayonunda qeydə alınıb. Məlumata görə, içərisində məktəb məzunlarının və müəllimlərin olduğu mikroavtobus, sürücünün idarəetməsindən çıxaraq, eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük maşınına arxadan çırpılıb. Zərbənin şiddətindən mikroavtobusun ön hissəsi yük maşının altına girərək deformasiyaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Qeyd edilir ki, mikroavtobusda ümumilikdə 6 nəfər olub. Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Namiq Musayev
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.