Bakıda yük maşını yandı
149 baxış
Hadisə və olaylar
Paytaxt Bakıda yük maşını yanıb. Avtosfer.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, aeroport yolunda qeydə alınıb. Hərəkətdə olan yük avtomobilinin mühərrik hissəsində başlayan yanğın bir anda bütün kabinəni bürüyüb. Ətrafda olan insanların dəstəyi ilə hadisə baş verən yerə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb. (Trend)
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.