AZ
Video yüklə

Məktəb uçdu: Ölənlər var

1 178 baxış Hadisə və olaylar
Nehrəmdə məktəbdə baş verən uçqun nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.




Yel Çərşənbəsində azyaşlı qız tonqala yıxılıb - VİDEO

Siyəzəndə 28 yaşlı qadın dəm qazından zəhərlənib - VİDEO

Neftçalada gəmilərə baxış keçirilib - FOTO


Bildirilib ki, martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir. Axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılmışdır. Həlak olan şəxslər: - 2000-ci il təvəllüdlü Qadir Süleymanov, - 1972-ci il təvəllüdlü Həsən Əliyev, - 1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov, - 1988-ci il təvəllüdlü Asəf Rüstəmov. Xəsarət alan şəxs: - 1996-cı il təvəllüdlü Alı Əliyev. Hazırda Babək rayon prokurorluğunda araşdırma davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.