AZ
Video yüklə

Maşında meyit tapılıb

681 baxış Hadisə və olaylar
Sumqayıtda avtosalonların birində maşında meyit tapılıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhəri ərazisində avtomobil satışı ilə məşğul olan obyektlərin birində qeydə alınıb. Belə ki, “Lada Priora” markalı avtomobildə kişi meyiti aşkarlanıb. Meyitə baxış zaman onun 1971-ci il təvəllüdlü Məmmədov Dadaş Hacı oğlu olduğu müəyyən edilib. Məlumata görə, 51 yaşlı D. Məmmədov həmin salonda gözətçi işləyirmiş. Araşdırma zamanı onun bir neçə gün öncə öldüyü məlum olub. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.