Kriminal aləmdə Lotu Quli (və ya Quli Bakinski) ləqəbi ilə tanınan Nadir Səlifov həbsxana həyatı ilə bağlı görüntülərini paylaşıb. 1 ay əvvəl 22,5 il boyunca çəkdiyi məhbus həyatından sonra azadlığa çıxan "qanuni oğru" görüntülərini şəxsi instaqram hesabından izləyiciləri ilə bölüşüb. N.Səlifov həmçinin Türkiyənin məşhur cinayət qruplaşmasının başçısı Sedat Peker ilə görüşdən də fotosunu paylaşıb. Qeyd edək ki, "yeraltı dünyası"nın liderlərindən olan Sedat Peker ötən əsrin 90-cı illərində uzun müddətli həbs cəzasına məhkum edilib. Onun adı ilə bağlı olan ən məşhur hadisə isə “Kəpənək” əməliyyatıdır.