Bir müddət əvvəl Türkiyədə həbs olunan, kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun müqəddəratı bəlli olub.
Sfera.az xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, Səlifovun Rusiyaya təhvil veriləcəyi dəqiqləşib.
Xatırladaq ki, Nadir Səlifov Moskvada adam oğurluğu və hədə-qorxu ilə insanlardan pul almaqda təqsirli bilinir. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur. Bu ittihamlarla Rusiya "Lotu Quli” barəsində beynəlxalq axtarış elan etmişdi.