AZ
Video yüklə

Lerikdə baş vermiş dəhşətli qəzanın görüntüsü yayılıb

89 baxış Hadisə və olaylar
Lerikdə avtomobil körpüdən çaya aşıb.

APA TV-nin cənub bürosunun məlumatına görə, qəza Babagil kəndi ərazisində baş verib.

Rayon sakini - 1985-ci il təvəllüdlü Mail Hətəmxan oğlu Qurbanov "KIA" markalı 99-GN-138 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında idarəetməni itirib və körpüdən çaya aşıb.

Nəticədə sərnişinlərdən 1981-ci il təvəllüdlü Nazim Möhübbət oğlu Ağayev hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Digər sərnişin - 1982-ci il təvəllüdlü Vüsal Cəlil oğlu Ağayev Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya, sürücü isə travmatologiya şöbələrinə yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşənlər rayonun Noda kənd sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.