AZ
Video yüklə
Koronavirusun sürətlə yayıldığı İrandan dəhşətli görüntülər
18+

Bu video 18 yaşdan yuxarı izləyicilər üçündür.

Ana səhifəyə qayıt

18+ Koronavirusun sürətlə yayıldığı İrandan dəhşətli görüntülər

8 729 baxış Hadisə və olaylar
Koronavirusla əlaqədar Çindən sonra ən çox itki verən İranda çəkilən kadrlar ölkədəki vəziyyətin ağır olduğunu göstərir.

Oxu24.com bildirir ki, görüntülər Qum şəhərində xəstəxanaların birində qeydə alınıb.

Kadrlarda döşəmədə və masaların üzərində onlarla cəsəd görünür. Videonun müəllifi koronavirusdan ölən adamlar üçün yer tapılmadığını və meyitlərin xəstəxanalarda yığılıb qaldığını bildirib. O, İran hökumətinin koronavirusla bağlı rəqəmləri gizlətdiyini vurğulayıb.

Qeyd edək ki, rəsmi məlumatlara görə İranda koronavirusdan 77 nəfər ölüb, 2336 nəfər epidemiyaya yoluxub.

Ölkədə təşviş yaradan digər məsələ isə 290 kürsülü parlamentdə 23 deputatın koronavirusa yoluxmasıdır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.