AZ
Video yüklə

Kiyevin mərkəzində məbəddə yanğın

9 baxış Hadisə və olaylar
Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində yerləşən Müqəddəs Nikolay kostyolunda (məbəd) yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko teleqram kanalında bildirib.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, yanğının söndürülməsində 80 nəfər canlı qüvvə və 16 ədəd texnika iştirak edib.



Yanğının sahəsi 80 kvadrat metr təşkil edib.

İlkin məlumatlara görə, xəsarət alan və ya ölən yoxdur. Yanğının baş vermə səbəbləri müəyyən edilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.