AZ
Video yüklə

KamAz helikopterlə toqquşdu

80 baxış Hadisə və olaylar
Dakar-2021 rallisinin yekun mərhələsində qeyri-adi hadisə baş verib. Unikal.org xarici KİV-ə istinadən bildirir ki, yarışmada KamAz helikopterlə toqquşub. Azarkeşlərdən biri insidenti videolentə alıb. Yarışın xüsusi mərhələsində təşkilatçıların helikopteri birbaşa KamAz-master komandasının üzvü Anton Şibalovun yük maşını üzərindən uçmağa başlayıb. Bu anda yük maşını kiçik bir tramplin üzərində tullanaraq banı ilə helikopterin tirini vurub. Zərbənin gücü o qədər də böyük olmadığından helikopter pilotu sükanı itirməyib və dərhal yüksəlməyə başlayıb. KamAz-a gəldikdə, yük maşınının hava girişinə kiçik ziyan dəyib, ancaq bununla belə yarışçı xüsusi mərhələni tamamlamağı bacarıb. Nəticədə “KamAz”ın sürücüsü Anton Şibalov Dakar-2021-də ikinci yeri tutub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.