​İsraildə göydən narkotik yağdı

  • 03.09.2020
  • 0

İsrailin paytaxtı Təl-Əvivdə qəribə hadisə baş verib. Front.az İxlas agentliyinə istinadən xəbər verir ki, “Green Glider” adlı qrupun nümayəndələri mərkəzi meydanda pilotsuz uçuş aparatları vasitəsilə ətrafa narkotik vasitələr səpələyib. Hadisəylə bağlı iki nəfər saxlanılıb. Onların niyə belə addım atdığı araşdırılır. Front.az