Aprelin 1-dən 2-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın Hüms şəhərinə aviazərbə endirib.
Ednews Suriya Ərəb Xəbər Agentliyinə (SANA) istinadən xəbər verir ki, hadisədə Dəməşq hökumətinin 5 hərbçisi yaralanıb.
Beləliklə, İsrail ordusu ardıcıl ikinci gecə Suriyaya aviazərbələr endirib. Suriyanın dövlət agentliyi hava hücumundan müdafiə sistemlərinin raketlərin bir hissəsinin zərərsizləşdiridiyini, lakina buna baxmayaraq, 5 hərbçinin yaralandığını açıqlayıb.