İspaniyada “Boeing” tipli sərnişin təyyarəsi yandı
35 baxış
Hadisə və olaylar
İspaniyanın Kastelyon şəhər Hava Limanında yanğın baş verib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Boeing 747” tipli sərnişin təyyarəsi təmir zamanı alovlanmağa başlayıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib, hadisə zamanı ölən və yaralanan olmayıb. “British Airways” aviaşirkəti təyyarənin onlara məxsus olması barədə iddialara cavab verib: “İstifadəyə yararsız təyyarənin sökülməsi zamanı meydana gələn yanğın söndürülüb. Hava nəqliyyatı bir müddətdir xidmət göstərmir və şirkətimizin məhsulu deyildir. İddialar yanlışdır”.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.