Samuxun Qarasaqqal kəndləri ərazisini əhatə edən Tuqay meşə massivi kommersiya və əkinçilik məqsədilə məhv edilir. 100 hektarlarla ekoloji ərazi işbazların maddi təcavüzü sayəsində öz təbii gözəlliyini, füsunkar dəyərini itirir. Traktor və digər texnikaların köməyilə Kürqırağı meşəlik ərazidəki nadir ağaclar yox edilir, çıxarılaraq yandırılır, ərazi qanunazidd icarə sənədləşmələri əsasında hasarlanır, Kürqırağı meşələr özbaşına şumlama üsulu ilə əkin-biçin sahələrinə dönüşdürülür. Nazir Muxtar Babayev susmamalıdır...