AZ
Video yüklə

İrəvanda növbəti aksiya

758 baxış Hadisə və olaylar
Ermənistan polisi etirazçılar tərəfindən hökumət binasının bağlanmasının qarşısını almaq üçün Melik Adamyan küçəsində kordon qurub.

“Qafqazinfo” xəbər verir ki, hökumət binasının ətrafı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb. Binanın bloklanması səhər saat 10-a planlaşdırılsa da, müxalifətçilər hələ kütləvi şəkildə toplaşmayıblar.

Dekabrın 23-də “Daşnaksütyun” partiyasının üzvü Qeqam Manukyan Nazirlər Kabinetinin iclasının keçiriləcəyi Ermənistan hökumətinin binasını mühasirəyə almaq niyyətində olduqlarını açıqlayıb.

Polislərin hökumət binasını mühasirəyə almasını Manukyan istehza ilə “Polislər nazirlərin içəri girə bilməməsi üçün hökumət binasını mühasirəyə alıblar. Biz bu məsələdə onlara kömək etmək üçün gəldik. Gizlincə girsələr də, çıxa bilməyəcəklər”,-deyə bildirib.

Qeyd edək ki, 10 noyabrdan etibarən İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Aksiyaların əsas təşkilatçıları “Daşnaksütyun”, “Vətən” və “Çiçəklənən Ermənistan” partiyalarıdır. Etirazçılar bu dövrdə mütəmadi olaraq müxtəlif küçələri hərəkətə bağlayıblar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.