Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən "Unikal"a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.