AZ
Video yüklə

İranın Azərbaycanla sərhədindəki təlimdə FACİƏ

232 baxış Hadisə və olaylar
İran ordusunun Azərbaycanla sərhəddə, Araz sahilində keçirdiyi hərbi təlim zamanı faciə baş verib. APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, İranın Araz ətrafına daşıdığı hərbi texnika qəzaya düşüb. Belə ki, Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi yük maşını yoldan çıxıb. Yük maşını yoldan çıxdığı üçün əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub. Güney Azərbaycandan olan fəallar son 4 gündə SEPAH-a məxsus texnikanın daha bir neçə nəfərin ölümünə səbəb olduğunu bildirib. Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.